<?xml version="1.0" encoding="UTF-8"?><song><hymn_number>185</hymn_number>
<lyrics>[V1]
 Hər tərəfi bürümüşdür qaranlıq,
 Ağlamaq səsi Qolqotaya yayılmış.
 Qorxunc bir vahimə çökmüşdür ətrafa
 İnsanlar sanki qorxudan bayılmış.
 Onlar döyürdülər öz sinələrini,
 Vicdanları oyanmış bu mənzərədən.
 Yüzbaşı çaşaraq çarmıx önündə
 «Bu saleh insandır», - dedi ürəkdən.

[C1]
   Heç kəs bilmirdi ki, taxta çarmıxda
   Allahın Oğlunu dara çəkiblər.
   Özləri hökm verib öz əlləri ilə
   Hakimi çarmıxa mismarlayıblar.

[V2]
 Çarmıxın yanında kədər içində
 Durmuşdu qadınlar gözləri yaşlı.
 Ölüm acısını çəkən ana da
 Hələ dərk etmirdi bu yüksəlişi.
 Böyük əzablarla baş-başa qalıb
 Günahı, lənəti çarmıxa çalmış,
 Ona iman edən hər bir insanı
 Müqəddəs Qanıyla O, satın almış.

[V3]
 Ancaq tuta bilməz ölüm heç zaman
 Hər şeyə Ruh verən, Həyat verəni.
 Kim tapa bilərdi o daş məzarda
 Üçüncü gün Ruhun diriltdiyini.

[C2]
   Bəli, dirilibdir üçüncü gün O,
   Qələbə çalıbdır ölüm hökmünə.
   Dirilib Allahın Oğlu, dirilib,
   Oxuyur Göylər, yerlər izzət İsminə</lyrics>
<title>Hər tərəfi bürümüşdür qaranlıq İL185</title>
</song>